Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Parma”nın yeni baş məşqçisi məlum olub.
Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Alberto Cilardinyoya tapşırılacaq. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Mütəxəssis bu postda klubdan ayrılan Karlos Kuestanı əvəzləyəcək.
Cilardino daha əvvəl “Syena”, “Cenoa” və “Piza”da çalışıb.
“Parma” A Seriyasında 5 turdan sonra 4 xalla 15-ci sıradadır.