Icma.az bildirir, Qol.az portalına istinadən.
Cilardino istefaya göndərildi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
İtaliyanın "Piza" klubu baş məşqçisi Alberto Cilardinonu istefaya göndərib
QOL.az xəbər verir ki, bu barədə A seriyası təmsilçisinin mətbuat xidməti yayıb.
Yarışın autsayderinin rəhbərliyi Cilardinonun işindən razı qalmayıb.
Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü 2025-ci ilin yayından "Piza"nı çalışdırırdı. Bu müddət ərzində komanda 25 oyun keçirib, 2 dəfə qalib gəlib, 11 qarşılaşmada heç-heçə edib, 12 görüşdə isə məğlub olub. "Piza" A seriyasının 23 turundan sonra 14 xalla 19-cu yerdədir.