Çili də 5,7 bal gücündə zəlzələ baş verib

14.10.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çilidə 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Sismoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 105 min nəfər əhalisi olan Alto-Ospisio şəhərindən şimal-şərq istiqamətində 109 km məsafədə yerləşib.
Zəlzələnin ocağı 111 km dərinlikdə olub.

Hazırda zəlzələnin səbəb olduğu dağıntılar və ya xəsarət alanlar barədə məlumat yoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью