Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Çili sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar UTC vaxtı ilə saat 12:22-də qeydə alınıb. Zəlzələnin episentri təxminən 45 min nəfər əhalisi olan Vallenar şəhərindən 129 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.
Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlarla bağlı hər hansı məlumat verilməyib.
NURİYYƏ