Çili sahillərində GÜCLÜ ZƏLZƏLƏ

30.12.2024

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Çili sahillərində 5,5 maqnitudada zəlzələ qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Bildirilib ki, zəlzələnin episentri təxminən 161 min əhalisi olan Kokimbo şəhərindən 61 kilometr cənub-qərbdə yerləşib. Zəlzələ ocağının dərinliyi 10 kilometr olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью