Çili və Braziliya klublarının oyununda FACİƏ 2 azarkeş öldü

11.04.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Çilinin "Kolo-Kolo" və Braziliyanın "Fortaleza" komandaları arasında Libertadores Kubokunun oyunundan öncə iki azarkeş ölüb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Çilinin Santyaqo şəhərindəki "Monumental" stadionunun yaxınlığında, bir qrup azarkeşin güclə arenaya girməyə cəhd göstərməsi və qoruyucu maneələrdən birini yıxması zamanı baş verib.

Azarkeşlər hasarın altında qalıb, nəticədə biri yerində, digəri xəstəxanada dünyasını dəyişib.

70-ci dəqiqədə yerli azarkeşlərin meydana yad əşyalar atmağa başlamasından sonra matç dayandırılıb. Daha sonra "Fortaleza"nın oyunçuları gizlənmək üçün paltardəyişmə otağına tərəf qaçıblar.

Olayların dayanmadığını görən qarşılaşmanın baş hakimi oyunu bitirməmək qərarına gəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью