Çilidə elektrik enerjisi böhranı gərginlik yaradıb Ölkədə fövqəladə vəziyyət elan olunub |…
Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Cənubi Amerika ölkəsi Çilidə ölkənin 99 faizini əhatə edən elektrik enerjisinin kəsilməsi böyük ajiotaj yaradıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hökumət gərgin vəziyyətlə bağlı ölkədə Fövqəladə Vəziyyət elan edib.
Bildirilib ki, elektrik enerjisinin kəsilməsi 8 milyondan çox insanın günlük iş və həyatına birbaşa təsir edib: "Hökumət vəziyyətdən çıxmaq üçün əvvəlcə paytaxt Santyaqo başda olmaqla bir çox bölgədə komendant saatı tətbiq edib, lakin bu işə yaramadığından fövqəladə vəziyyət elan olunub.
Hazırda elektrik kəsilməsi xüsusən nəqliyyat sektorundan xaos yaradıb.
Bununla yanaşı, bank, maliyyə, mədən və ticarət fəaliyyətləri dayanıb.
Minlərlə polis və əsgər ictimai təhlükəsizliyi təmin etmək üçün kritik nöqtələrə göndəriliblər".
Xəbərdə o da deyilir ki, bəzi ərazilərdə elektrik enerjisinin bərpasına cəhd zamanı yüksək gərginlik milyonlarla insanın evindəki soyuducu, paltaryuyan, qabyuyan və digər məişət texnikalarını da sıradan çıxarıb.
Tam oxu
Xəbəri oxu