Oxumeni.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Çilidə genişmiqyaslı blekaut baş verib Fevralın 25-də Çilidə irimiqyaslı elektrik enerjisi kəsilib, milli elektrik koordinatoru bildirib.
Onun sözlərinə görə, qəza yerli vaxtla saat 15:16-da baş verib və Çilinin bütün ərazisini - ölkənin şimalındakı Arikadan cənubdakı Los-Laqos bölgəsinə qədər əhatə edib.
“La Tercera” qəzetinin verdiyi məlumata görə, fasilənin başlanmasından yarım saat sonra, saat 15:53-də ölkə üzrə istehlakçıların 80,1%-i işıqsız qalıb.
Qəza Norte-Çiko bölgəsindəki elektrik stansiyasında problemlər səbəbindən baş verib.
Çilinin paytaxtı Santyaqoda metro qatarının hərəkəti dayandırılıb. Bütün qatarlarda olan sərnişinlər təxliyə edilib.
Hadisə ilə əlaqədar olaraq küçələrə əlavə avtobuslar çıxarılıb. Santyaqo Hava Limanı ehtiyat enerji sistemlərini işə salıb.
“Reuters” xəbər verir ki, elektrik enerjisinin kəsilməsi nəticəsində Çilinin şimalında mədən əməliyyatları dayanıb.