Çilidə güclü zəlzələ baş verib

06.03.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çilinin şimalındakı Antofaqasta bölgəsində 6.2 bal gücündə zəlzələ qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, təbii fəlakətin episentri 309 min nəfərə yaxın əhalisi olan Antofaqasta şəhərindən 140 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 93 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью