Çilidə kişi səhvən maaşından 330 dəfə artıq aldığı pulu məhkəmə qərarı ilə özündə saxladı

29.01.2026

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Çilidə bir şəxs mühasibin səhvi səbəbindən maaşından 330 dəfə artıq məbləğ alıb və məhkəmə qərarı ilə pulu özündə saxlayıb.

Oxu.Az bu barədə "Mirror" nəşrinə istinadən xəbər verir.

Santyaqoda yerləşən "Consorcio Industrial de Alimentos" (CIAL) şirkətində distribütor köməkçisi işləyən kişi hesabına 500 min Çili pesosu (təxminən 580 dollar - red.) əvəzinə 165 milyon peso (təxminən 191 400 dollar - red.) köçürüldüyünü görəndə xeyli təəccüblənib. O, əvvəlcə bu barədə işəgötürənə məlumat verib və pulu geri qaytaracağını da vəd edib, lakin sonradan fikrini dəyişərək üç gün sonra işə çıxmayıb.

Kişi vəkil vasitəsilə işdən çıxdıqdan və vəsaiti özündə saxladıqdan sonra şirkət onu oğurluqda ittiham edərək məhkəməyə müraciət edib. Lakin üç il davam edən məhkəmə çəkişməsindən sonra məhkəmə işçinin xeyrinə qərar verib.

İş "icazəsiz mənimsəmə" kimi təsnif edilib - bu isə Çili qanunvericiliyinə görə cəzalandırılmayan əməldir. Belə qərar ona görə verilib ki, işçinin səhv məbləğin köçürülməsində heç bir rolu olmayıb.

Təqsirli olduğu sübut ediləsə idi, kişini 540 günədək həbs cəzası gözləyə bilərdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью