Çilidə seçkilərdə iştirak etməyənlər cərimələcək

15.07.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Çili parlamentinin aşağı palatası seçkilərdə iştirak etməyən ölkə vətəndaşlarının cərimələnməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, yeni qanuna əsasən, seçkilərdə səs verməyən çilili 34,4-206,7 min peso (34-216 dollar) arasında cərimələnəcək.

Sənəddə vurğulanır ki, üzrlü səbəbdən, xüsusən də səhhətinə görə seçkilərdə iştirak etməyənlər cəzalandırılmayacaq.

Eyni zamanda səs verən seçicilər müəyyən dövlət xidmətlərində imtiyazlar əldə edəcəklər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью