Çilidə turistlər fırtınaya düşdü 5 ölü, 7 itkin

19.11.2025

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çilinin Pataqoniya şəhərində Torres del Paine Milli Parkında gəzintiyə çıxan bir qrup turist qəfildən güclü fırtınaya düşüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə iki meksikalı, iki alman və bir britaniyalı turist – ümumilikdə 5 nəfər həlak olub, 7 nəfər isə itkin düşüb.

Bildirilir ki, küləyin sürəti saatda 189 kilometri keçib, ərazidə qar və yağış yağıb.

Çili Meşə Təsərrüfatı İdarəsi (CONAF) açıqlamasında əraziyə 24 nəfərlik axtarış-xilasetmə qrupunun göndərildiyini və itkin düşənlərin tapılması üçün səylərin davam etdirildiyini bildirib.

Əlavə olunub ki, çətin relyef və əlverişsiz hava şəraiti səbəbindən itkin düşənlərin sağlamlığı ilə bağlı narahatlıqlar var.

Qeyd edək ki, turistlərin həyatını itirdiyi Torres del Paine Milli Parkı Çilidə və bütün Cənubi Amerikada ən vacib turizm məkanlarından biri kimi tanınır.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью