Çilidə xizək mərkəzində uçqun 4 ölü, 4 yaralı

19.10.2026

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Çilinin mərkəzi And dağlarında yerləşən Portillo xizək mərkəzində uçqun baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, uçqun nəticəsində 4 nəfər ölüb, 4 nəfər də yaralanıb.

Çili Milli Fəlakətlərin Qarşısının Alınması və Müdaxiləsi Xidmətinin açıqlamasında isə ərazidə başqa insanların da qala biləcəyi və buna görə də axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi vurğulanıb. Ərazidə başqa bir uçqun riskinin əməliyyatlara mane olduğu qeyd edilib. Yanğınsöndürənlər, polis, tibb qrupları və xizək mərkəzinin işçiləri axtarış-xilasetmə işlərində iştirak edirlər.

Xizək mərkəzinin rəhbərliyi hadisənin icazə verilən xizək zonasından kənarda baş verdiyini və bölgədə təhlükəsizlik xəbərdarlıqlarının olduğunu bildirib.  

Hadisə ilə bağlı araşdırma başlayıb.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью