Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Çilidə baytarlar yaralı pinqvinlərin əməliyyatdan sonrakı müalicəsində qeyri-adi üsula əl atıblar. Quşlara mis və sink hissəcikləri ilə zənginləşdirilmiş xüsusi qırmızı geyimlər hazırlanıb.
XQ xəbər verir ki, bu geyimlərin əsas məqsədi pinqvinlərin əməliyyat zamanı qoyulan tikişləri dimdikləri ilə çıxarmasının və yaraları yenidən açmasının qarşısını almaqdır. Eyni zamanda parçadakı mis və sinkin bakteriya və göbələklərin inkişafını məhdudlaşdırdığı, sinkin isə toxumaların bərpasına kömək etdiyi bildirilir.
Yeni geyimlər Çilinin Kokimbo şəhərindəki Humboldt Conservation Center-də beş pinqvin üzərində sınaqdan keçirilib. Onların bir neçəsinin balıq torlarına ilişməsi nəticəsində yaralandığı ehtimal olunur.
Maraqlıdır ki, bu texnologiya əvvəlcə it və pişiklərin müalicəsində istifadə olunub. Daha sonra mütəxəssislər eyni yanaşmanı pinqvinlərə uyğunlaşdırıblar. Geyimdə metal hissəcikləri olsa da, onun görünüşü adi parçalardan fərqlənmir.