Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Çilinin Vina-del-Mar şəhərində avtomobilin yarmarka ziyarətçilərinin üzərinə çıxması nəticəsində altı nəfər həlak olub, yeddi nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “BioBio” radiostansiyası məlumat yayıb.
Şahidlərin sözlərinə görə, sürücü əvvəlcə başqa avtomobillə toqquşub, daha sonra idarəetməni itirərək yarmarka köşklərinə çırpılıb.
Hadisəni törədən şəxs saxlanılıb. Məlumata görə, o, Çili Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçusudur.