Çilini COP29da böyük nümayəndə heyəti təmsil edəcək

09.11.2024

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasında (COP29) Çilini 121 nəfərlik nümayəndə heyəti təmsil edəcək”.

Gununsesi.info xəbər verir ki, bunu Çilinin ölkəmizdəki səfiri Giancarlo Alberti deyib.

O əlavə edib ki, Çilidən Azərbaycan səfər üçün üç təyyarədən istifadə etməyin vacibliyini düşündükdə, bu rəqəm kifayət qədər diqqətçəkəndir: “Çili ilə Azərbaycan arasında əlaqələr 1994-cü ildən qurulub. Ötən 30 illik müddətdə biz bir-birimizin mövqelərini açıq şəkildə dəstəkləmişik və bu dəstək davam etdiriləcək”.

Səfirin sözlərinə görə, bu ay ərzində Bakıda Çili Səfirliyinin Konsulluq Şöbəsi də fəaliyyətə başlayacaq.

Diplomat deyib ki, ölkələrimiz bir-biri ilə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir və rəsmi Santyaqo bu əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsində maraqlıdır.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью