Çilinin daxili işlər naziri prezidentliyə namizəd olmaq üçün istefa verib

05.03.2025

Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.

Çilinin daxili işlər naziri Karolina Toa istefa verib.

"Operativ Məlumat Mərkəzi-OMM" “La Tercera” qəzetinə istinadən xəbər verir ki, onun qərarı bu ilin noyabrında keçiriləcək prezident seçkilərində mümkün iştirakla bağlıdır.

"Mən daxili işlər naziri vəzifəsindən istefa ərizəmi indicə respublika prezidentinə təqdim etmişəm. Bu, asan qərar deyildi", - o, jurnalistlərə deyib.

Toa özü istefasının səbəblərini açıqlamayıb, lakin bildirib ki, DİN-in yeni rəhbəri vəzifəsinin icrasına başladıqdan sonra o, bundan sonra nə olacağı barədə jurnalistlərlə danışa biləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью