Çilinin sabiq prezidenti BMT nin baş katibi vəzifəsinə seçkilərdən namizədliyini geri götürdü

20.09.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Çilinin keçmiş prezidenti Mişel Baçelet BMT-nin baş katibi vəzifəsinə seçkilərdən öz namizədliyini geri çəkib. 
Bizim.Media xəbər verir ki, EFE agentliyinin məlumatına görə, o, bu qərarı BMT-də növbəti qeyri-rəsmi məsləhətləşmə səsverməsindən sonra elan edib.   
 

Səsvermənin nəticələrinə əsasən, Baçelet namizədlər arasında sondan ikinci yeri tutub. Sorğuda o, 1 dəstək səsi, 11 əleyhinə səs alıb, digər üç ölkə isə müəyyən mövqe ifadə etməyib.


Baçelet mürəkkəb beynəlxalq şəraitdə yarışda iştirakını dayandırmaq qərarına gəldiyini bildirib.
O, həmçinin BMT-nin növbəti baş katibini seçərkən mövcud siyasi kontekstin nəzərə alınmasının vacibliyini qeyd edib.   BMT-nin yeni rəhbərinin seçkiləri səlahiyyət müddəti 2026-cı ilin sonunda başa çatan Antoniu Quterterişin varisini müəyyən etməlidir.   
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью