Cim Cordan Nümayəndələr Palatasında respublikaçıların yeni lideri seçilib

10.11.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Vaşinqton, 10 noyabr, AZƏRTAC

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Cim Cordan respublikaçıların yeni lideri seçilib.

AZƏRTAC xəbər verir ki, Ohayo ştatını təmsil edən konqresmen çərşənbə axşamı keçirilən qapalı səsvermədə Stiv Skeylisi məğlub edib.

Cim Cordan bu vəzifədə Nümayəndələr Palatasının hazırkı spikeri Mayk Consonu əvəz edəcək.

Respublikaçıların mühafizəkar qanadının tanınmış nümayəndələrindən olan Cim Cordan Prezident Donald Trampın yaxın siyasi müttəfiqlərindən hesab edilir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью