Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi Səbəb

07.08.2026

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hollivudun məşhur komediya aktyoru Cim Kerri təqaüdə çıxmaq qərarından imtina edərək kinoya iddialı geri dönüş edəcək.
Kulis.az xəbər verir ki, "Warner Bros." kinostudiyasının investorlar iclasında verdiyi rəsmi bəyanata əsasən, ulduz aktyor 64 illik tarixə malik "Cetsons" ("The Jetsons") elmi-fantastik cizgi serialının yeni versiyasında baş rolu canlandıracaq.
Daha əvvəl "Grinch", "Lemony Snicket's A Series of Unfortunate Events" və son olaraq "Sonic the Hedgehog" silsiləsində “Dr. Robotnik” obrazı ilə yaddaqalan 62 yaşlı aktyorun yeni layihəsinin 2027-ci ildən sonra nümayiş olunması planlaşdırılır.
Ekran işinin rejissor kürsüsü üçün "Jurassic World" filmi ilə tanınan Kolin Trevorrow ilə danışıqlar aparılır.
Ssenarinin isə Co Epşteyn ilə birgə qələmə alınacağı gözlənilir.

"Heç İsa da bəşəriyyətə mənim qədər ağuşunu açmamışdı" - Fernando Pessoanın poeması Haluk Levent işində daha 7 nəfər həbs edildi Media və Yayım Şurası yaradılır
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью