Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məşhur aktyor Cim Kerri üçüncü dəfə gizli evlənib.
Axşam.az xəbər verir ki, 64 yaşlı aktyor 32 yaşlı asiyalı rəssam Min Ha ilə gizli şəkildə nikah bağlayıb.
Toy Los-Ancelesdə yaxın dostlar və ailə üzvlərinin iştirakı ilə qapalı şəkildə keçirilib.
Qeyd edək ki, Cim Kerri ilk dəfə 1987-ci ildə Melissa Vomerlə evlənib və həmin il qızı Ceyn dünyaya gəlib. Cütlük 1995-ci ildə boşanıb. Aktyor 1996-cı ildə "Axmaq və daha axmaq" filmindəki tərəf müqabili Loren Holli ilə evlənib, lakin bu nikah da bir il sonra bitib.
2010-cu ildə Kerrinin nəvəsi dünyaya gəlib. Aktyor Min Ha ilə isə ilk dəfə 2022-ci ildə Los-Ancelesdə birlikdə görüntülənib.