Cimbom dan kritik xal itkisi: Fənər qələbə qazansa...

02.03.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə Super Liqasında XXVI tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün daha 2 matç keçirilib.

Lider "Qalatasaray" xal itirib.

"Sarı-qırmızılılar" səfərdə "Kasımpaşa" ilə qarşılaşıb. Oyunda hesabı qonaqlar açıb. Viktor Osimhen penaltini dəqiq yerinə yetirib.

İkinci yarının startında meydan sahibləri Mortadha Ben Ouaneslə bərabərlik topunu vurub. Çox keçmədən Yosip Brekalo komandasını hesabda önə keçirib. Buna baxmayaraq, "Qalatasaray" Davinson Sançez və Viktor Osimhenlə yenidən üstünlüyə yiyələnib. Amma Haris Hayradinoviç "Kasımpaşa"ya vacib 1 xal qazandırıb - 3:3.

Qeyd edək ki, "sarı-qırmızılılar" 65 xalla turnir cədvəlinə başçılıq edir. "Cimbom"un ən yaxın izləyicisi "Fənərbaxça" bu gün "Antalyaspor"la qarşılaşacaq. "Sarı-lacivərdlər" qələbə qazanarsa, liderlə xal fərqini 4-ə endirəcək.

Türkiyə Super Liqası
XXVI tur

"Kasımpaşa" - "Qalatasaray" 3:3
"Rizespor" - "Alanyaspor" 3:1
 

“Vest Hem”dən ev qələbəsi “Qalatasaray” qrup lideri ola bilmədi “Fənərbaxça” qələbə ilə pley-offda “Yuventus” “Empoli” ilə bacarmadı “Siti” və “Liverpul”dan qələbə, “Arsenal” xal itirdi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью