Çimərlik futbolu üzrə ölkə çempionu müəyyənləşib FOTO

16.07.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çimərlik futbolu üzrə Azərbaycan çempionatı başa çatıb.

İdman.biz xəbər verir ki, son turda “Marafon” üzərində 7:4 hesablı qələbə qazanan “VTB Bank” ölkə çempionu olub.

“Marafon” yarışı ikinci pillədə başa vurub. “Dirçəliş”i 5:4 hesabı ilə məğlub edən “Çinar Zəngilan” bürünc mükafat əldə edib.

13 qola imza atan Elgün Abbaslı (“Çinar Zəngilan”) turnirin ən məhsuldar oyunçusuna verilən mükafata yiyələnib. Ən yaxşı qapıçı Elçin Qasımov (“VTB Bank”), ən yaxşı oyunçu isə Orxan Məmmədov (“Marafon”) seçilib.

Çempion komanda “VTB Bank” Azərbaycanı “Euro Winners Cup”ın əsas mərhələsində təmsil edəcək. Gümüş mükafatçı “Marafon” isə bu yarışın pley-offu sayılan “Euro Challengers”ə qatılacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью