Çimərlik güləşi millisinin Dünya Seriyasının final mərhələsi üçün heyəti açıqlanıb

24.09.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 26-27-də Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında İbrahim Rübail (70 kiloqram), Sahib Dadaşov, Vüsal Əliyev (hər ikisi 80 kiloqram), Əşrəf Aşırov (90 kiloqram) və Camal Feyziyev (+90 kiloqram) qum üzərində dünyanın ən güclüsü titulu uğrunda mübarizə aparacaq.

Final seriyasından sonra daha öncə keçirilmiş mərhələlərdə əldə edilən xallar toplanacaq və hər çəkidə ən çox xala sahib güləşçi dünya çempionu ünvanına sahib çıxacaq.

Qeyd edək ki, yarışda ədaləti Azərbaycanın I-S dərəcəli hakimi Asif Şirəliyev qoruyacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью