Çimərlik voleybolçularımız Avropa çempionatında əsas mərhələyə yüksəliblər FOTO

10.09.2025

Icma.az, Apasport portalına istinadən məlumat verir.

Bu gün çimərlik voleybolu üzrə 18 yaşadək (U-18) qız və oğlanların Avropa çempionatında təsnifat oyunları keçirilib.

Apasport.az xəbər verir ki, İtaliyanın Corigliano Rossano şəhərində təşkil olunan yarışda oğlanlardan (İbrahim Məmmədov/Muhammad Aslanlı) ibarət komandamız təsnifat mərhələsində Serbiya millisi ilə qarşılaşıb.

Görüş təmsilçilərimizin 2:0 (21:10; 21:15) hesablı qələbəsi ilə başa çatıb və komandamız Avropa çempionatında əsas mərhələyə yüksəlib.

Qeyd edək ki, çempionatda ölkəmiz bir qız və bir oğlan komandası ilə təmsil olunur. Qızlarımız yarışa əsas mərhələdən qoşulacaqlar. Əsas mərhələ oyunlarına sabah start veriləcək.

Azərbaycan klubunda yeni müqavilə Türkiyə millisi yarımfinalda Voleybolçularımız beynəlxalq turnir üçün Türkiyəyə yollanıblar “Sea Breeze Cup”ın qalibləri məlum olub FHN çempion olub
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью