Çimərlik voleybolu üzrə Azərbaycan çempionatı keçiriləcək

29.07.2026

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Voleybol Federasiyası (AVF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə avqustun 4-dən 8-nə qədər çimərlik voleybolu üzrə ölkə çempionatı keçiriləcək.

Bu barədə SİA-ya AVF-dən bildirilib.

Qadın və kişi komandalar arasında təşkil olunacaq yarışın ilkin mərhələsinin oyunları 4-6 avqustda, final qarşılaşmaları və mükafatlandırma mərasimi isə 8 avqustda baş tutacaq. Çempionatın bütün oyunları Bakı Su İdmanı Sarayında keçiriləcək.

Ölkə çempionatında 16 qadın və 14 kişi komandası olmaqla, ümumilikdə 30 klub mübarizə aparacaq. Çempionatın qalibi 2026-cı ildə keçiriləcək çimərlik voleybolu üzrə CEV Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью