Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 21 aprel, AZƏRTAC
Çimərlik voleybolu üzrə qadınlardan və kişilərdən ibarət Azərbaycan milli komandaları Türkiyədə təlim-məşq toplanışı keçəcəklər.
Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a bildirilib ki, onlar bu məqsədlə bu gün Antalya şəhərinə yola düşüblər.
Komandalar aprelin 21-28-də təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində həmin ölkədə keçiriləcək “Boardee Cup” turnirində də güclərini sınayacaqlar.