Çimərlik voleybolu yığmalarımız Avropada

12.08.2025

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın çimərlik voleybolu yığmaları Avropa çempionatlarında iştirak məqsədilə Avstriya və İspaniyaya yola düşüblər.

Azərbaycan Voleybol Federasiyasından mətbuata verilən məlumata görə, U-22 millisi avqustun 14-17-si aralığında Avstriya, U-20 isə avqustun 20-25-i aralığında İspaniyadakı yarışda iştirak edəcək.

Ölkə hər iki turnirdə həm oğlanlardan (Muhammad Aslanlı/İbrahim Məmmədov; ehtiyat komanda Nəriman Bayramlı/Tural Əsgərov), həm də qızlardan (Səbinə Əlizadə/Cəmilə Bəşirova) ibarət bir komanda ilə təmsil olunacaq.

M.HACIXANLI 
XQ 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью