Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Massaçusets ştatının Martas Vineyard adasında 29 yaşlı qadın köpək balığının hücumuna məruz qalıb.
Redaktor.az "ABC News"ə istinadla xəbər verir ki, hadisə Edqartaun bölgəsində yerləşən Norton Point çimərliyində baş verib. Qadının ayağından xəsarət aldığı və yaranın dəniz heyvanının dişləməsinə bənzədiyi bildirilib.
Hücum zamanı köpək balığını və ya digər dəniz heyvanını görən olmayıb. Yaralı qadına hadisə yerində ilkin tibbi yardım göstərilib, daha sonra xəstəxanaya aparılıb.
Onun vəziyyətinin ağır olmadığı və xəsarətinin amputasiya tələb etmədiyi bildirilib.
Təhlükəsizlik məqsədilə çimərlik bir neçə saat ərzində üzgüçülük üçün bağlanıb. Sakinlərə və turistlərə suda ehtiyatlı olmaq və xilasedicilərin göstərişlərinə əməl etmək tövsiyə edilib.
Aytəkin TOFİQQIZI