Çimərlikdə dincəlirdi, timsaha yem oldu

17.08.2026

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Meksikanın məşhur Puerto-Valyarto şəhərində sahildə dincələn turistə timsah hücum edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə "Marriott" hotelinin ərazisində baş verib.

Timsah 28 yaşlı kişini okeana çəkib. Dərhal xilasetmə tədbirləri həyata keçirilsə də, gəncin parçalanmış cəsədi ertəsi gün 300 metr aralıda tapılıb. 

Qeyd edək ki, hotel adminstrasiyası hadisə ilə bağlı açıqlama verərək ərazidə xəbərdarlıq lövhələrinin asıldığını, təhlükəli yerlərdə qırmızı bayraqlar sancıldığını və ərazidə daim nəzarətçilərin olduğunu bildirib. Bununla yanaşı, timsahın sahilə necə çıxdığı bəlli deyil.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью