Çimərlikdə dron qalıqları TAPILDI

26.08.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rumıniyada turistlər Qara dənizin sahilində naməlum pilotsuz uçuş aparatının (PUA) qalıqlarını aşkarlayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə Rumıniyanın Digi24 telekanalı məlumat yayıb.

Məlumata görə, PUA qalıqları kurort şəhəri Olimp sahilində aşkarlanıb. Fotolarda onun təyyarə tipli dron olduğu görünür.

Bildirilib ki, qalıqlardan birinin tərkibində partlayıcı maddə olub. Təhlükəsizlik tədbirləri çərçivəsində həmin maddə xüsusi ərazidə partladılaraq zərərsizləşdirilib. Təhlükə yaratmayan digər fraqment isə çimərlikdə saxlanılıb.

Hadisə ilə əlaqədar ərazi müvəqqəti olaraq istirahət üçün bağlanıb. PUA-nın haradan gəldiyi və hansı ölkəyə məxsus olduğu isə hələ müəyyən edilməyib.

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью