Çimərlikdə gün vuran yeniyetmə öldü

23.07.2025

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Sumqayıt şəhərində yerləşən çimərlikdə ölüm hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iyulun 21-də saat 16 radələrində Sumqayıt şəhərinin ərazisində yerləşən çimərlikdə Abşeron rayon sakini 2011-ci il təvəllüdlü Azər Məcidovun halı pisləşib.

Xəstəxanaya çatdırılan yeniyetmə az sonra vəfat edib.

Bildirilib ki, talassemiya xəstəliyindən əziyyət çəkən Azərin çimərlikdə günvurmadan sonra halı pisləşibmiş.

Araşdırma aparılır.

Aslan Vəliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью