Çimərlikdə qumla oynayan oğlan uşaqları ilə bağlı XƏBƏRDARLIQ

16.06.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çimərlikdə qumla oynamaq oğlan uşaqlarının büküşlərində, xüsusilə qasıq nahiyəsində qıcıqlanmaya səbəb ola bilər.
Bizim.Media xəbər verir ki, bu barədə "lenta.ru"ya müsahibəsində uşaq uroloqu Mixail Nikitski xəbərdarlıq edib.
O burğulayıb ki, bundan əlavə, qum zərrəcikləri selikli qişaları zədələyə və iltihaba yol aça bilər.
"İlk növbədə qızartı və narahatlıq yaranır, daha sonra isə bura iltihabi proses qoşula bilər. Bəzi hallarda uşağa artıq tibbi yardım tələb olunur", - deyə Nikitski qeyd edib.
Həkim çimərlikdən sonra uşağı duş altında dəri büküşlərinə xüsusi diqqət yetirməklə yaxşıca yumağı tövsiyə edib:
“Bu zaman selikli qişaları daha da zədələməmək üçün sərt süngərlərdən imtina etməkdən çəkinmək lazımdır. Oğlan uşağında qızartı, şişkinlik, ağrı və vəziyyətin pisləşməsi müşahidə olunarsa, onu mütləq həkimə aparmaq lazımdır”.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью