Çimərlikdən hissələrə ayrılmış qadın meyiti tapıldı FOTO

09.05.2025

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Çimərlikdən hissələrə ayrılmış qadın meyiti tapılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, İspaniyada çimərlikdə tapılan kolumbiyalı turistin parçalanmış meyiti ilə bağlı məşhur barın sahibi həbs olunub.

Keçən həftə İspaniyanın Gran-Kanariya adasında, San-Andresdə yerləşən Los Enanos çimərliyində 42 yaşlı kolumbiyalı Triana Ariasın bədəni parçalanmış halda aşkar edilib.

İstintaqın ilkin nəticələrinə görə, qadın əvvəlcə boğazından bıçaqlanıb, sonra ayaqları doğranıb və şüursuz halda ikən bədəni hissələrə ayrılıb.

Polis şübhəlilərin qadının cəsədini torba və ya konteynerə qoyaraq sahilə atmağa cəhd etdiyini düşünür.

Cinayətdən əvvəl Ariasın dostuna mesaj yazaraq bir şənliyə getdiyini dediyi, lakin ondan bir daha xəbər alınmadığı məlum olub.

Hadisə ilə bağlı adıçəkilən barın sahibi 7 may səhəri saxlanılıb və istintaq davam edir.

İsmayıl
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью