Çimərliklərdə qiymətlər necədir? ARAŞDIRMA | Icma.az
Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yay istisi öz sözünü deməyə başlayıb, sakinlər isə istirahət üçün sərin məkânlar axtarışındadır.
Bakı və ətraf ərazilərdəki çimərlik və hovuzlar bu aylarda həm şəhər sakinlərinin, həm də turistlərin ən çox üz tutduğu ünvanlara çevrilib.
Metbuat.az paytaxtda və yaxınlığındakı məşhur istirahət zonalarında giriş qiymətlərini araşdırıb.
Qiymətlər məkanların statusu və həftənin günündən asılı olaraq dəyişir.
Novxanıda yerləşən "Spring Hotel"də uşaqlar üçün giriş 20 AZN, böyüklər üçün isə 40 AZN-dir."My Beach" çimərliyində isə böyüklər üçün ödəniş 20 AZN, uşaqlar üçün isə 10 AZN-dir.
"Amburan Beach Club"da isə həftə içi qiymət 30 AZN, həftə sonu isə 40 AZN təşkil edir. 9 yaşadək uşaqlar üçün giriş ödənişsizdir.
"Fairmont Baku" hotelinin açıq hovuzu həftə içi 65 AZN, həftə sonu isə 75 AZN-ə dincəlmək istəyənləri qəbul edir.
Tam oxu
Xəbəri oxu