Çimərlikləri zibilləyənlər cəzalandırıldı

18.07.2025

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Polis əməkdaşları və digər aidiyyəti qurumlar Xəzər dənizi sahilində – Bakı, Sumqayıt, Xızı, Siyəzən, Xaçmaz və Lənkəran ərazilərində ekoloji sabitliyin təmin olunması məqsədilə profilaktik tədbirləri davam etdirir.
Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Profilaktik tədbirlər zamanı
- məişət tullantılarını ətrafa atan – 11 nəfər;

- qadağan olunmuş yerdə siqaret çəkən – 4 nəfər;

- tullantı sularını kənar yerə axıdan – 6 nəfər;

- ağac və kolları zədələyən, qanunsuz tikinti aparan – 2 nəfər

barəsində qanunamüvafiq tədbirlər görülüb.
 

Bu tədbirlər davamlı xarakter daşıyır və məqsəd ekoloji təhlükəsizliyi təmin etməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью