Çimkənddə Azərbaycan finalı

11.11.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qazaxıstanın Çimkənd şəhərində əməkdar məşqçi, akademik Mərdan Saparbayevin xatirəsinə yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

Ənənəvi yarışda U20 milli komandanın məşqçisi Akif Əliyevin rəhbərliyi altında iki güləşçimiz fəxri kürsüyə qalxıb.

77 kiloqramda baş tutan Azərbaycan finalında qardaşı Cavad Məmmədova 3:1 hesabıyla qalib gələn Davud Məmmədov çempion olub. Beləliklə Cavad gümüş medala sahib çıxıb.

Qabil YUSİFOĞLU
XQ 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью