Cimmi Şou 59 yaşında vəfat edib

12.10.2025

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Amerikalı aktyor Cimmi Şou 59 yaşında vəfat edib.

BAKU.WS xəbər verir ki, o, uzun müddət pankreas xərçəngi ilə mübarizə aparıb. Ölüm xəbəri menecment agentliyi tərəfindən açıqlanıb.

Şou "La que se avecina" serialında Matthew obrazını canlandırıb və bir çox Netflix layihələrində iştirak edib.

O, Los-Ancelesdə anadan olub, New Yorkda təhsil alıb və Uta Hagen-in HB Studios sinifində aktyorluq təhsili alıb.

2001-ci ildə İspaniyaya gedərək orada karyerasını davam etdirib və populyar seriallarda, filmlərdə rol alıb.

Son illərdə həm Madrid, həm də Los-Ancelesdə fəaliyyət göstərib və teatrda da çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью