Çimnaz Sultanova sabah Əmircan qəbirsanlığında dəfn olunacaq

24.01.2025

Icma.az, Shownews portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, bu gün 43 yaşı tamam olan aktrisa Çimnaz Sultanova vəfat edib.

Rejissor Nail Naiboğlu Axşam.az-a açıqlamasında bildirib ki, aktrisa ilə vida mərasimi Əmircan kəndindəki evində olacaq.

Mərhum Əmircan qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Çimnaz xərçəngdən əziyyət çəkirmiş. O, bu gün xəstəxanada dünyasını dəyişib. Onun bir oğul övladı var.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью