Çimnaz xanım mənə yığıb xahiş etdi ki, heç kim bilməsin

16.01.2025

Icma.az bildirir, Olke.az portalına istinadən.

"Çimnaz Sultanova 2 ay yox, 2 ildən çoxdur xəstə idi".

Bu barədə Ölkə.Az-a gənc aktyor Niftalı Namazlı danışıb. 

"Çimnaz Sultanova tanıdığım bir şəxsdən dəfələrlə dərman almışdı. Onda bilmişdik ki, belə bir xəstəliyi var. Çimnaz xanım onun xəstəliyindən xəbər tutduğumu öyrənmişdi. Mənə zəng elədi ki, çox xahiş edirəm, heç kim bilməsin. 

Ümumiyyətlə, ölmüş şəxs haqqında artıq-əskik yazmaq düzgün olmayan fikirlər səsləndirmək doğru deyil. PR üçün əldən-ovucdan çıxırlar. Fotoları, videoları onun şəxsi işi idi. Yaxşı bir şey deyil. Bəziləri yazır ki, estetik əməliyyat etdirib. Bu, həqiqəti əks etdirmir", - deyə o əlavə edib.

Billurə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью