Çin 800 yerlik nəhəng təyyarə istehsal edir

18.08.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Çin tədqiqatçıları 800-dən çox insan daşımaq üçün nəzərdə tutulmuş yeni sərnişin təyyarəsinin modelini təqdim ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) qəzeti məlumat yayıb.
Məlumata görə, “Uçan qanad” adlı layihə Çin Aerodinamik Tədqiqat və İnkişaf Mərkəzinin (CARDC) mütəxəssisləri tərəfindən hazırlanıb.
Konseptin eni 85 metr, uzunluğu isə 43 metrdir. Qanadlarının uzunluğu isə Amerikanın “B-2 Spirit” bombardmançı təyyarəsinin qanadlarının uzunluğundan təxminən 1,6 dəfə böyükdür.
Yeni təyyarənin dizaynı gövdəni, qanadları və quyruğu tək bir konstruksiyada birləşdirir. Tədqiqatçılar bu dizaynın daha böyük məsafə təmin edə və enerji istehlakını azalda biləcəyinə inanırlar. Layihə əvvəlcə 250 sərnişin daşımaq üçün nəzərdə tutulub, lakin sonradan 800 sərnişinə qədər genişləndirilib.
Çin eyni zamanda 280 yerlik uzun mənzilli C929 və səsdən sürətli C949 sərnişin təyyarəsi də daxil olmaqla digər böyük aviasiya layihələrini də inkişaf etdirir.
Müqayisə üçün deyək ki, “Airbus A380”in təxmini sərnişin tutumu 555 nəfərdir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью