Çin 9 ölkənin vətəndaşına vizasız gedişgəliş imkanı tanıyacaq

22.11.2024

Icma.az, Operativmedia portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Operativ Media" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien məlumat verib.

Bolqarıstan, Rumıniya, Malta, Xorvatiya, Monteneqro, Şimali Makedoniya, Estoniya, Latviya və Yaponiyadan olan şəxslərin Çinə adi pasport vizasız gediş-gəliş imkanı yaradılır.

Həmin ölkələrin vətəndaşlarının vizasız qalma müddəti 15 gündən 30 günə qədər uzadılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью