Çin 9 ölkəyə vizadan azad edir

22.11.2024

Icma.az, Manset saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çin daha 9 ölkəni birtərəfli vizadan azad etmə proqramına daxil edəcəyini açıqlayıb.

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib ki, Bolqarıstan , Rumıniya , Malta, Xorvatiya, Monteneqro, Şimali Makedoniya, Estoniya, Latviya və Yaponiyadan olan adi pasport sahibləri 30 noyabr 2024-cü il və 31 dekabr 2025-ci il tarixləri arasında Çinə vizasız gedə bilərlər.

Lin qeyd edib ki, vizasız qalma müddəti də 15 gündən 30 günə qədər uzadılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью