Çin ABŞ a 24% lik tarif vergisini bir il müddətinə ləğv edəcək

05.11.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çin və ABŞ liderləri arasında ötən həftə keçirilən görüşdən sonra, rəsmi Pekin ABŞ-a tətbiq edilən 24%-lik tarif vergilərini bir il müddətinə ləğv edəcək.

APA “Reuters”ə istinadən xəbər verir ki, noyabrın 10-dan başlayaraq ABŞ-ın bəzi kənd təsərrüfatı məhsullarına tariflərin 15%-i ləğv ediləcək.

Buna baxmayaraq, ABŞ lideri Donald Trampın “Azadlıq günü” adlandırdığı gün- aprelin 2-də Çinə qarşı elan etdiyi tariflərə cavab olaraq, Çin ABŞ-a tətbiq edilən tariflərin 10%-ni qüvvədə saxlayacaq.

Qeyd edək ki, bundan əvvəl ABŞ-a cavab olaraq, Çin bu ölkədən idxal olunan məhsullara əlavə tarif vergisi tətbiq etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью