Çin ABŞ blokadasına meydan oxudu

13.04.2026

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Çin ABŞ-nin elan etdiyi dəniz blokadasına baxmayaraq, Hörmüz boğazından istifadə etməyi və energetika sahəsində İranla əməkdaşlığı davam etdirəcəyini bəyan edib.

Moderator.az "aif.ru"ya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Tszyakun bildirib.

Onun sözlərinə görə, Pekin regionda öz donanmasının mövcudluğunu saxlamaq və Tehranla enerji sazişlərini yerinə yetirmək niyyətindədir. Çin tərəfi həmçinin ABŞ-yə ticarət gəmilərinin fəaliyyətinə müdaxilənin yolverilməzliyi barədə xəbərdarlıq edib.

"Hörmüz boğazı mal və enerji daşıyıcıları üçün mühüm beynəlxalq ticarət marşrutudur və onun təhlükəsizliyinin, sabitliyinin, maneəsiz hərəkətinin təmin edilməsi beynəlxalq birliyin ümumi maraqlarına cavab verir", - deyə Q.Tszyakun vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью