Çin ABŞ dan 200 təyyarə alacaq Tramp sevincəkdir

15.05.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin Vaşinqton və Pekin arasında aparılan danışıqların nəticəsi olaraq Amerikanın “Boeing” şirkətindən 200 təyyarə sifariş etməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
 

“Biz bir çox məsələni müzakirə etdik, o qədər çox idi ki, hamısını sadalamaq çətindir. Görüş çox yaxşı keçdi və biz müəyyən nəticələr əldə etdik. Bu gün razılaşdırılan məsələlərdən biri 200 sərnişin təyyarəsidir. Bu, böyük hadisədir”, – deyə ABŞ prezidenti bildirib.


Onun sözlərinə görə, “Boeing” əvvəlcə 150 təyyarə sifarişi gözləyirdi, lakin nəticədə sifariş sayı 200-ə çatıb.
“Bu, çoxlu iş yeri deməkdir”, – deyə Tramp əlavə edib.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью