Icma.az, Bakupost portalına istinadən məlumat verir.
Çin Ticarət Nazirliyi ABŞ-nin Kuba ilə əməkdaşlıq bəhanəsi ilə Çin şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyaların iki ölkə arasında ticarət-iqtisadi münasibətlərin sabitliyinə zərər vurduğunu bəyan edib.
"Bakupost" TodayPress TV-yə istinadla xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilib.
Qeyd olunub ki, son dövrlər ABŞ Çinə qarşı sanksiya təzyiqlərini gücləndirib və ardıcıl olaraq bir sıra ayrı-seçkilik xarakterli məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
Bildirilib ki, bu addımlar Çin müəssisələrinin hüquq və maraqlarına ciddi zərər vurur, iki ölkə liderləri arasında əldə olunmuş mühüm razılaşmalara ziddir və Çin-ABŞ ticarət-iqtisadi münasibətlərinin sabitliyini pozur.
Çin Ticarət Nazirliyi ABŞ-nin üçüncü tərəflərlə əlaqələri bəhanə gətirərək Çin şirkətlərinə qarşı birtərəfli sanksiyalar tətbiq etməsinə qəti etiraz etdiyini vurğulayıb. Bildirilib ki, bu cür tədbirlər beynəlxalq hüquq normalarını və beynəlxalq münasibətlərin əsas prinsiplərini pozur.