Çin ABŞ ı tarif təzyiqini azaltmağa çağırıb

29.04.2025

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

Çin Xarici İşlər Nazirliyi ABŞ-ı tarif təzyiqindən əl çəkməyə və Pekinlə bərabərlik və qarşılıqlı hörmət əsasında dialoq aparmağa çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun keçirdiyi brifinqdə bildirib.

“Əgər ABŞ cari problemi danışıqlar yolu ilə həll etmək istəyirsə, təhdid və təzyiq siyasətindən əl çəkməli və Çinlə bərabərlik və qarşılıqlı hörmət əsasında dialoqa başlamalıdır”, - deyə Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью