Çin ABŞ ı Tayvanla bütün rəsmi əlaqəni dayandırmağa çağırıb

03.12.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Çin ABŞ və Tayvan arasında istənilən formada rəsmi qarşılıqlı əlaqənin əleyhinədir.

Xalqcebhesi.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian deyib.

“Tayvan məsələsi Çinin əsas maraqlarının özəyi və Çin-Amerika münasibətlərində keçməməli olan ilk qırmızı xəttdir”, - diplomat xatırladıb.

Nazirlik vurğulayıb ki, Diplomatik Münasibətlərin Qurulması haqqında Birgə Kommünikedə ABŞ Tayvanla yalnız qeyri-rəsmi mədəni və kommersiya əlaqələrini saxlamağa öhdəlik götürüb. Pekin Vaşinqtonu “həddindən artıq ehtiyatlı davranmağa”, Taypey ilə rəsmi təmasları dayandırmağa və separatçı qüvvələrə yalan siqnallar göndərməməyə çağırıb.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью