Çin: ABŞ idxal olunan poladın rüsumlarını artırmaqla özünə zərər verəcək

05.06.2025

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif:Mehin Qasımova,Banco.az

"ABŞ idxal olunan poladın rüsumlarını artırmaqla özünə zərər verəcək".

Banco.az xəbər verir ki, bunu  Çin Xalq Respublikasının Ticarət Nazirliyinin rəsmi nümayəndəsi He Yonqyan bildirib.

O qeyd edib ki, ABŞ polad və alüminium üçün gömrük rüsumlarını 25%-dən 50%-ə qaldıraraq Amerika sənayesinə zərbə vuracaq. 

 “Sənaye təhlükəsizliyini qorumaq üçün bu faydasız olacaq”,- o deyib.

He Yonqyanın sözlərinə görə, tarif artımı qlobal istehsal və təchizat zəncirlərinin sabitliyini ciddi şəkildə pozacaq. Çin ABŞ-ı iqtisadi qanunlara hörmət etməyə və milli təhlükəsizlik anlayışından sui-istifadə etməyi dayandırmağa çağırır. 

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp polad idxalına gömrük rüsumlarının 25%-dən 50%-ə qədər artırılmasını açıqlamışdı. Həmçinin rüsumların artırılmasının Amerikanın alüminium idxalına da təsir edəcəyi bildirilib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью